Bizimlə Əlaqə Qurun

Edit Template

Axtarış Nəticəsi:“Femida Consult-Evalue” MMC Qərb bölgəsində qiymətləndirmə sahəsində ilk ixtisaslaşmış şirkət kimi fəaliyyətə başladı

şirkət olaraq müştərilərə müasir standartlara uyğun, şəffaf və etibarlı xidmətlər təqdim etməyi qarşısına məqsəd qoyub.

“Femida Consult-Evalue” MMC-nin əsas fəaliyyət istiqamətlərinə daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi, həmçinin hüquqi ekspertiza xidmətləri daxildir. Şirkət banklar, sığorta qurumları, sahibkarlar və fiziki şəxslər üçün obyektiv qiymətləndirmə hesabatlarının hazırlanmasını, hüquqi təhlil və rəy xidmətlərinin göstərilməsini həyata keçirir.

Peşəkar mütəxəssis heyəti və operativ yanaşması ilə seçilən MMC, bölgədə bu sahəyə olan tələbatın daha keyfiyyətli şəkildə qarşılanmasına töhfə verməyi hədəfləyir. Fəaliyyətində qanunvericiliyin tələblərinə, beynəlxalq qiymətləndirmə prinsiplərinə və etik normalara ciddi şəkildə əməl olunur.

İş qrafiki:
Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Ünvan:
Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, 51

Qeyd edək ki, “Femida Consult-Evalue” MMC-nin fəaliyyətə başlaması Qərb bölgəsində qiymətləndirmə və hüquqi ekspertiza xidmətlərinin daha əlçatan və peşəkar səviyyədə göstərilməsi baxımından mühüm addım hesab olunur.

@Patriot News.az 

Cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İş Saatlarımız

Həftə içi hər gün

9.00 - 18.00

İstirahət günü

Şənbə, bazar günü

Əlaqə məlumatları