Əmlakın qiymətləndirilməsi meyarları beynəlxalq standartlara (IVS) və yerli praktikaya əsaslanır:
1. Hüquqi meyarlar:
– Mülkiyyət hüququ (çıxarış, icarə, istifadə, servitut və s.);
– Yüklülük və məhdudiyyətlər (ipoteka, həbs, icarə müqaviləsi) ;
– Şəhərsalma və zonalaşdırma qaydaları;
– Torpağın kateqoriyası və təyinatı;
– Sənədlərin uyğunluğu (plan, faktiki vəziyyətlə uyğunluq).
2. Fiziki (texniki) meyarlar:
– Tikilinin yaşı;
– Təmir səviyyəsi;
– Mərtəbə / mərtəbəlilik;
– Aşınma və texniki vəziyyət;
– Ümumi və faydalı sahə (kv.m);
– Konstruksiya tipi (monolit, daş, panel və s.) ;
– Kommunikasiyalar (su, qaz, işıq, kanalizasiya, lift).
3. Lokasiya (yerləşmə) meyarları:
– Şəhər mərkəzinə yaxınlıq;
– Nəqliyyat əlçatanlığı;
– İnfrastruktur şəraiti;
– Ərazinin prestiji;
– Ekoloji vəziyyət;
– Mənzərə (dəniz, park, şəhər panoraması).
4. Bazar meyarları:
– Oxşar əmlakların satış qiymətləri;
– Tələb və təklif balansı;
– Satış müddəti (likvidlik) ;
– Mövsümi faktorlar;
– Qiymət dinamikası (artım/azalma) .
4. Gəlir meyarları:
– Aylıq / illik icarə gəliri;
– Kapitalizasiya dərəcəsi;
– Əməliyyat xərcləri;
– Boş qalma riski;
– İnvestisiya riski.
5. Xərc meyarları:
– Yenidən tikinti və ya bərpa dəyəri;
– Aşınma (fiziki, funksional, iqtisadi) ;
– Torpaq dəyəri + tikinti xərci.
